“AccessBank” biznes müştərilər üçün “AccessPartner” layihəsinə başlayır

Biznes müştərilərə daha üstün xidmət təklif etmək üçün "AccessBank” yeni – "AccessPartner” layihəsinə start verir.
"AccessPartner” hesablar üzrə illik dövriyyəsi 1 milyon AZN-dən çox olan hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub.
Yeni məhsul standart şərtlərdən fərqlənən müxtəlif kredit məhsullarını təklif edir. Bundan başqa, bu təklif müştərilərə hesablar, əmək haqqı kartları, POS-terminallar üzrə əməliyyatlar üçün xüsusi tariflər, habelə, hesab qalıqlarına faiz hesablamaları təqdim edir.
Layihə 30.11.2020 tarixinədək aktualdır. Noyabr ayının sonunda müraciət edən müştərilər kampaniyadan növbəti 6 ay ərzində də yararlana bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb























