• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının məşhur restoranında şok faktlar

Bakının məşhur restoranında şok faktlar
04.07.2014 11:45
Paytaxtın daha bir məşhur restoranında nöqsanlar aşkar edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nəsimi rayonunda yerləşən “Niaqara” restoranında standartların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Niaqara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.Araşdırmalar nəticəsində restoranda mənşəyi məlum olmayan, təhlükəsizliyi müvafiq qaydada konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu aşkarlanıb. Müəssisədə hazırlanan “paytaxt” salatından nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) laboratoriyasına təqdim edilib. Aparılan müayinələr nəticəsində salatın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib. Bundan başqa müəssisədə yeməklərin heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, soyuducularda ərzaqların saxlanılması zamanı mal qonşuluğu qaydalarına əməl olunmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi aşkar edilib.Araşdırmalar zamanı, həmçinin, yeməklərin hazırlanması zamanı istifadə olunan ətin baytarlıq şəhadətnaməsi, digər ərzaq məhsullarının uyğunluq və gigiyenik sertifikatları, hazırlanan yeməklərin sınaqlarının nəticələrini təsdiq edən sınaq protokolları, müəssisədə çalışan işçilərin tibbi kartları, peşə təhsillərini təsdiq edən hər hansı sənəd yoxlamaya təqdim edilməyib.Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə inzibati protokol əsasında cərimə tətbiq edilib. Restoranda normativ sənədlərin tələblərinə cavab verməyən məhsulların hazırlanması və satışı qadağan edilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol