• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən sevindirəcək qərar

Nazirlikdən sevindirəcək qərar
03.07.2014 15:33

ƏƏSMN əlil gənclərin işlə təmin olunması üçün mühüm addımlar atmağa başlayıb

Murad 25 yaşında gənc olmasına baxmayaraq heç bir müəssədə özünə iş tapa bilmirdi. Çünki Muradın fiziki qüsuru var idi. Uşaq vaxtı avtomobil qəzasında sol qolundan ağır yaralanan gənc həyata tək əllə yapışmağa məcbur olmuşdu. Ancaq buna baxmayaraq heç vaxt ruhdan düşmədi. Bəzi gənclərdən fərqli olaraq o, fiziki qüsurunu bəhanə etmədən orta məktəbi, daha sonra isə ali məktəbi bitirdi. Hər kəs kimi onun da arzuları, xəyalları var idi. Bu istəklərini gerçəkləşdirmək üçün isə onun tək şansı var idi ki, o da iş sahibi olmaqdan keçirdi. Ancaq bu günün reallığında nəinki əlil şəxsin, hətta sağlam insanın da yaxşı iş tapmaq imkanı o qədər də yüksək deyil. 

ANS PRESS bu məsələnin çıxış yollarını axtarmaq üçün kiçik bir araşdırma aparıb. Məlum olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq bu cür şəxslərin işlə təmin olunması üçün ciddi addımlar atmağa başlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev ANS PRESS-ə açıqlamasında gənc əlillərin işlə təminatından danışıb. Nazirlik rəsmisi əlillərin peşələrə yiyələnməsi üçün xüsusi kurslar təşkil olunduğunu deyir: "Kurslarda əlillərə peşə öyrədilir. Daha sonra isə onların işlə təminatı üçün işlər görülür. Gənc əlillər iş fəaliyyati zamanı eyni zamanda dövlət tərəfindən pensiya almağa davam edirlər. Yəni onların imtiyazları ləğv olunmur. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti bu istiqamətdə ciddi işlər aparır. Əlillərə kursların keçirilməsi nazirliyin gördüyü işlərdən yalnız biridir".

Nazirlikdən bildirirlər ki, əvvəllər əlilliyin müəyyən olunması zamanı müayinə aktında “əmək qabiliyyətsiz” sözü yazılırdı. Bununla da əlilliyi olan şəxslər işləmək imkanından məhrum olurdular. Ancaq Nazirliyin apardığı islahatlardan sonra bu məsələ də öz həllini tapıb. Beləliklə də artıq əlillik qrupu verilən şəxslərin əlillik arayışlarında “əmək qabiliyyətsiz” sözü yazılmır, həmin arayışlarda onlar üçün əmək zəmanəti qeyd olunur. Yəni sadə dillə desək bu qeyd olunmuş əmək zəmanəti əlillliyi olan şəxsə bu və ya digər müəssisədə öz fiziki imkanlarına uyğun işlə təmin olunmağa imkan verir. 

Həmçinin nazirlikdən bildirirlər ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilir və bu yollada müəssələrin öhdəliklər götürür. Yəni hər bir müəssisə öz işçilərinin orta sayının 5 %-dən çox olmamaqla əlillər üçün iş yerləri saxlamalı və onları işlə təmin etməlidir. Əlil şəxslər yalnız işçilərin işə qəbulunu "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən təşkilatlar, mərkəzi və yerli seçkili orqanları, elm və ali təhsil müəssisələri (elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəziəfələr istisna olmaqla), işçilərin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr, hərbi qurumların, hüquq-mühafizə, milli təhlükəsizlik və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, pentensiar (cəzaçəkmə və islah-əmək) müəssisələr və istintaq təcridxanalarında işləyə bilməz. 

Qeyd edək ki, ötən il Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı olub. Mərkəzdə əlilliyi olan gənclər müxtəlif istiqamətlərdə (xalçaçılıq, rəssamlıq, kulinariya, toxuculuq və s.) peşə reabilitasiyası kurslarına cəlb olunur və burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər. Yeni peşələrə yiyələndikdən sonra onların həmin peşələr üzrə məşğulluğu da təmin olunur.

Bu ilin ilk yarımilində Mərkəzdə müxtəlif peşələr üzrə hazırlıq kurslarını bitirən və imtahandan uğurla keçən 52 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub. Eyni zamanda, 10 nəfər belə şəxsə yalnız özünüməşğulluq imkanlarına yiyələnə bildikləri üçün peşə kurslarını bitirmə barədə müvafiq arayışlar verilib. Hazırda mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş 90 nəfərə yaxın əlilliyi olan şəxs 10 peşə (komputer istifadəçisi, dərzi, bərbər, toxuculuq və s.) üzrə təlim keçir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol