• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL vətəndaşların pullarını niyə geri qaytarmır?

AZAL vətəndaşların pullarını niyə geri qaytarmır?
21.08.2020 09:20
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) və onun törəmə strukturu "Buta Airways” şirkətinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ləğv olunmuş reyslərinə bilet alanlar hələ də pulunu geri götürə bilməyib.

Anews.az xəbər verir ki, bu barədə report məlumat yayıb.
 
Aviaşirkət vətəndaşların pullarını qaytarmaqdan imtina edir, müştərilərə yalnız aviabiletlərin ödənişsiz qaydada yenidən təxsis edilməsini və yaxud aviabiletlərin dəyəri qədər vauçerlərlərin verilməsini təklif edir.

İnsanlar narazıdır

AZAL-ın geri ödənişdən imtina etməsi insanların narazılığına səbəb olub. Artıq bu narazılığı sosial şəbəkələrdə hiss etmək mümkündür. Məsələn, Rüstəm Rüstəmov adlı, soyadlı "Faceook" istifadəçisi yazır: "Martın 18-nə Bakı-Moskva aviareysi üçün 3 ədəd bilet almışdım və 28 min rubl (700 manat) pul ödəmişdim. Artıq 5 aydır ki, AZAL mənim pulumu geri qaytarmır. Buna nə ad vermək olar? Artıq 3-cü gündür ki, yazdığım ismarıcı da cavablandırmırlar. Zəng etdim, 34 dəqiqə ərzində zəngimə cavab verən olmadı. Belə çıxır ki, AZAL "Ölən dirilmir” prinsipi ilə işləyir”
Aviaşirkət dövlət dəstəyi alıb

Maraqlıdır ki, AZAL-dan fərqli olaraq əksər xarici aviaşirkətlər biletlərin pullarını geri qaytarıblar. Məsələn, Macarıstanın "WizzAir” şirkəti Azərbaycan vətəndaşlarına Bakıdan və Gürcüstanın Kutaisi şəhərindən uçuş üçün aldıqları biletlərə görə çoxdan geriyə ödəniş edib. AZAL isə oxşar addımı atmağa həvəsli görünmür. Baxmayaraq ki, aviaşirkət bir qədər əvvəl koronavirusla mübarizə tədbirləri çərçivəsində dövlətdən 86,9 milyon manat məbləğində dəstək alıb.

"Bu, istehlakçı hüququnun pozulmasıdır”

Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova AZAL-ın vətəndaşların pullarını qaytarmamasını istehlakçı hüququnun pozulması hesab edir: "Bu, istehlakçılarının hüquqlarının kobud şəkildə pozulmasıdır. Aviaşirkət vətəndaşlarının pullarını mütləq geri qaytarmalıdır. Çox təəssüf ki, Azərbaycanda beynəlxalq sənədləri ortaya qoyaraq AZAL-ı "yerində otuzduracaq” peşəlar hüquqşünaslar yoxdur. Bununla belə, insanları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və yaxud bizə ərizə ilə müraciət etməyə çağırıram”.

AZAL nə deyir?

Məsələ ilə bağlı AZAL-ın da mövqeyi öyrənilib. Aviaşirkətin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, pandemiya ilə bağlı aviaşirkətə göstərilmiş maliyyə yardımında aviabiletlərin dəyərinin geri qaytarılması üçün xərclər nəzərə alınmayıb: "Bununla belə, oktyabrın 25-nə qədər əldə edilmiş aviabiletlərin ödənişsiz yenidən təxsis edilməsi imkanı təqdim edirik. Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi  təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən 2 il ərzində istifadə etmək mümkündür. Vauçer AZAL-ın və "Buta Airways”in bütün istiqamətlərində etibarlıdır. Sərnişin bu şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır". 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol