• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank”dan biznes müştərilərinə dəstək!

“AccessBank”dan biznes müştərilərinə dəstək!
27.08.2020 16:55
 "AccessBank”,Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma əldə edib.

Razılaşmaya əsasən, "AccessBank”ın biznes fəaliyyəti ilə məşğul olan və pandemiya səbəbindən biznes kreditlərini ödəməkdə çətinlik çəkən cari müştəriləri bir çox güzəştlərdən yararlana biləcəklər. Belə ki, Bankın 10 mart 2020-ci il tarixinədək kredit ödəməsində 60 gündən çox gecikməsi olmayan cari müştəriləri bununla bağlı olaraq, Banka müraciət edə bilərlər. Bu zaman müştərinin sənədləri dövlət tərəfindən güzəşt əldə olunması üçün toplanaraq SİF-na təqdim olunur. Müraciət təsdiqləndiyi halda, müştərinin kreditinin 1 illik faizinin 10%-i 2020-ci ilin mart ayından etibarən dövlət tərəfindən ödəniləcək.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilib. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunub.
 
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
 
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol