• $
  • €
  • ₽
  • ₺
  • £

"AccessBank" növbəti dəfə "STP Quality Award" mükafatına layiq görülüb

"AccessBank" növbəti dəfə "STP Quality Award" mükafatına layiq görülüb
03.09.2020 13:48
 "AccessBank” beynəlxalq ödəmələrin yüksək səviyyədə icrasına görə, növbəti dəfə nüfuzlu bank mükafatına layiq görülüb. Bank, artıq 2 il ardıcıl olaraq, "Raiffeisen Bank International AG" tərəfindən "STP Quality Award" mükafatı ilə təltif olunur.
 
STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Bu zaman ödənişlər müvafiq standartlar qorunmaqla avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu da əməliyyatların sürətli baş tutmasına şərait yaradır.
 
"AccessBank"ın ödənişlər və hesablaşmalar üzrə meneceri Yeganə İbrahimova:”Belə nüfuzlu mükafata layiq görülməyimiz komandamızın peşəkarlıq səviyyəsinin və beynəlxalq ödənişlər sahəsinin yüksək tələblərinə cavab verməyimizin göstəricisidir. Bununla belə, müştərilərimizə daha yaxşı xidmət göstərməyimiz üçün daxili prosesləri daima təkmilləşdiririk.”
 
"AccessBank" müştərilərinə beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətləri təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmalar həyata keçirmə imkan yaradır.  
 
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol