• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank-da internet ödənişləri indi daha təhlükəsiz

Unibank-da internet ödənişləri indi daha təhlükəsiz
27.06.2014 15:06

Artıq Unibank-ın Visa və Mastercard-ları ilə internet ödənişləri həm təhlükəsiz, həm də rahatdır. Yenilənmiş Dinamik (dəyişkən kod) sistemi, 3D Secure xidmətinə qoşulan kart sahiblərinin işini daha da asanlaşdırdı. 

Qeyd edək ki,  3D secure xidməti plastik kartla internet vasitəsilə aparılan ödənişlərin təhlükəsizliyini təmin etmək üçündür. Bu layihə, kartı hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə edir.Unibank-ın bütün Visa və MasterCard kartları ilə  bu sistemə qoşulmaq mümkündür. İndi 3 D Secure sistemi daha da təkmilləşdirildi. Daha hər internet ödənişi zamanı daxil edilən kodu yadda saxlamaq lazım deyil, çünki Dinamik kod internet ödənişi zamanı  bir neçə saniyə ərzində müştərinin Bankda qeydiyyatda olan nömrəsinə göndərilir. Yeni müştərilər Unibank-dan kart sifariş etdikdə bu xidmətə avtomatik olaraq qoşulacaqlar. Müştərilərə xidmətə qoşulma haqqında sms göndəriləcək. 

Unibank-ın kredit kartları həm də avtomatik və pulsuz olaraq, sms bankçılıq xidmətinə qoşulurlar. Sms bankçılıq internetə çıxışın olmadığı bir yerdə belə müştərinin bank hesablarından xəbərdar olmasına imkan verir. Unibankın sms bankçılıq xidməti həftənin 7 günü, günün 24 saatı aktivdir. Müştərilər öz mobil nömrələrindən müvafiq xidmətin adını və kartının son 4 rəqəmini sms-lə göndərərək, seçdiyi xidmətdən istifadə edə bilir. 

Daha ətraflı məlumatı 117 nömrəsindən öyrənə bilərsiniz.

 

Unibank- hər kəsin bankı

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol