• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi xəbərdarlıq etdi

Dövlət Komitəsi xəbərdarlıq etdi
24.06.2014 11:20
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi süd və süd məhsulları istehsalı ilə bağlı təsərrüfat subyektləri və istehlakçılara müraciət edib.Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda deyilir ki, süd və süd məhsulları insan orqanizminin inkişafında və orqanizmin müxtəlif xəstəliklərdən qorunmasında əvəzsiz rola malikdir. Məhz bu səbəbdən süd məhsullarının istehlakçıların qida rasionunda olması vacib əhəmiyyət daşıyır. Lakin bəzi hallarda aşkar olunan nöqsanlar, saxlanılma şəraitinin və müddətinin pozulması faktları süd məhsullarında bakteriyaların inkişafını sürətləndirir ki, bu da insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir.İnsan həyat və sağlamlığını etibarlı qorumaq, istehlakçıların məhsulların nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını təmin etmək, həmçinin istehsal müəssisələrində rəqabətədavamlı məhsul istehsalını gücləndirmək məqsədilə son illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyinə tələbləri müəyyən edən bir neçə dövlət standartı hazırlanaraq təsdiq edilib. Bunlara misal olaraq, "AZS 089-2003 Kəsmik. Ümumi texniki şərtlər", "AZS 092 -2003 Qatıq. Ümumi texniki şərtlər", "AZS 091 - 2003 Ayran.Texniki şərtlər", "AZS108-2003 Duzlu suda yetişdirilən pendirlər. Ümumi texniki şərtlər", "AZS 121-2004 Xama. Ümumi texniki şərtlər", "AZS 128 - 2004 Şor.Texniki şərtlər", "AZS 144 - 2005 Tez yetişən yumşaq pendirlər. Ümumi texniki şərtlər", "AZS177-2005 Motal pendiri.Texniki şərtlər", "AZS 202-2006 Süzmə.Texniki şərtlər", "AZS 207-2006 Yarımbərk pendirlər. Ümumi texniki şərtlər", "AZS 220-2006 Dovğa" və s.ni göstərmək olar."Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartların və tələblərin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.Məlumat üçün bildiririk ki, komitənin 15 aprel 2011-ci il tarixli 066 saylı əmrilə AZS 089-2003, AZS 091-2003, AZS 092-2003, AZS 220-2006 dövlət standartlarına edilmiş dəyişikliyə görə istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla konkret adda məhsulun yararlılıq müddəti istehsalçı tərəfindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə razılaşdırılmış resepturalarda və ya texnoloji prosesi reqlamentləşdirən digər sənədlə müəyyənləşdirilir. Buna görə də, süd və süd məhsullarının saxlanma müddətinin həmin məhsulların keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi sahəsində qüvvədə olan texniki normativ hüquqi akt və texnoloji sənədlərlə müəyyən edilmiş saxlanma müddətindən artıq göstərilməsi yolverilməzdir.Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bundan sonra da mütəmadi olaraq aparılan monitorinqlər zamanı yuxarıda qeyd olunan tələblərin pozulması faktları aşkar olunduqda qanunvericiliklə müəyyən edilmiş ciddi tədbirlər görüləcək.İstehlakçılardan istehlak bazarında məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı hər hansı şübhələr yaranarsa Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə (012 449 99 59) məlumat vermələri xahiş olunur.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol