• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti koronavirusa görə düşür

Neftin qiyməti koronavirusa görə düşür
19.10.2020 20:30
Dünya miqyasında koronavirusa yoluxma hallarının artması ilə əlaqədar tələbatla bağlı narahatlıqlar fonunda neft qiymətləri azalır.

Unikal.org "İnterfaks”a istinadən xəbər verir ki, hazırda bazarın diqqəti bu gün keçiriləcək OPEC+ Monitorinq Komitəsinin (JMMC) nazirlərinin onlayn görüşünə yönəlib. Nazirlər neft bazarındakı vəziyyəti və neft hasilatının azaldılmasına dair razılaşmaların icrasını müzakirə edəcəklər.

Londondakı "ICE Futures” birjasında "Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti səhər saat 09:20-də 42,86 dollar/barel təşkil edib ki, bu da öncəki sessiyanın bağlanış qiymətindən 0,07 dollar (0,16%) azdır.

Nyu York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 40,78 dollar/barel təşkil edir ki, bu da öncəki sessiyanın səviyyəsindən 0,1 dollar (0,24%) azdır.

Son bir həftə ərzində "Brent” 0,2%, WTI isə 0,7% bahalaşıb. "Bloomberg” yazır ki, dünyanın bir çox ölkəsindəki ikinci koronavirus dalğası yenidən neftə olan tələbatın perspektivlərini şübhə altına salıb. OPEC Baş katibi Məhəmməd Barkindo keçən həftə tələbin proqnozunun heç də xoş olmadığını söyləyib.
 
Hasilat, çox güman, artmağa davam edəcək. Üstəlik, "Baker Hughes” şirkətinin cümə günü yayımlanan məlumatlarına əsasən, ABŞ-da işləyən neft platformalarının sayında ardıcıl dördüncü həftədir artım qeydə alınır. Bu da ABŞ-da qazma fəaliyyətində tədricən artım olduğunu göstərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol