“AccessBank” fermerlərə yeni mikrokreditlər təqdim edir

Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan "AccessBank” fermerlər üçün yeni mikrokreditlər təklif edir. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birlikdə verilən mikrokreditlər aqrotexniki qulluq, gübrə alışı, yem tədarükü və alışı üçün nəzərdə tutulub. Mikrokreditlər 1 il müddətinə,15 min manatadək, 12%-lə və 6 ay güzəşt müddətilə verilir. Kreditlər aqrotexniki qulluq və gübrə alışı, həmçinin heyvandarların yem tədarükü və yem alışı üçün nəzərdə tutulub.
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
www.anews.az
Yeni mikrokredit məhsullarından hər hansı birini əldə etmək üçün fermerlər "AccessBank”ın ən yaxın filialına müraciət edə bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















