• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti yüksəlir

Neftin qiyməti yüksəlir
23.11.2020 13:39
Bu gün koronavirusa qarşı dərmanlara artan ümidlərin təsiri ilə neftin qiyməti yüksəlməyə davam edib.

Anews.az xəbər verir ki, Londonun "İCE Futures” birjasında "Brent” markalı neft cümə günü 1,7 faiz bahalaşdıqdan sonra bu gün daha 0,47 faiz bahalaşaraq 45,17 ABŞ dollarına satılıb. Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI” markalı neft də cümə günü 1,2 faiz bahalaşdıqdan sonra bu gün daha 0,26 faiz bahalaşaraq 42,53 dollardan satılıb.

Bütövlükdə koronavirus dərmanlarının yaratdığı nikbinliyin təsiri ilə bu ayın əvvəlindən neft 20 faizədək bahalaşıb. Belə ki, "Pfizer” və "BioNTech” şirkətlərinin ərsəyə gətirdiyi yeni dərmanın kütləvi tətbiqinə 11-12 dekabr tarixlərindən başlayacağı bildirilir. Bununla belə, dünya üzrə yoluxma sayının artması yeni məhdudiyyətlərin tətbiqinə rəvac verir. Məsələn, ABŞ-da noyabr ayında günlük yoluxma oktyabra nisbətən 110 min çoxdur.

"Peyvənd dərmanlarının yaradılması sahəsində nə qədər böyük uğurlara nail olsaq da, yaxın gələcəkdə COVID-19 ilə bağlı ABŞ və Avropadakı vəziyyət görünür, daha da pisləşəcək”, – "Vanda İnsights” məsləhətçi şirkətinin banisi Vandana Hari deyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol