• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank”da kadr dəyişikliyi

“AccessBank”da kadr dəyişikliyi
25.11.2020 10:25
"AccessBank” İdarə Heyətinin tərkibindəki dəyişiklikləri rəsmi olaraq bəyan edir. Belə ki, Bankın İdarə Heyətinin Sədri Anar Həsənov Bankı bu ilin dekabr ayının sonunda tərk edir. Cənab Həsənov 2002-ci ildə Bankda əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. O, 2018-ci ildə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. Anar Həsənovun Bankdan ayrılmasından sonra İdarə Heyətinin yeni Sədrinin seçilib, Bankın beynəlxalq səhmdarları və Mərkəzi Bank tərəfindən təsdiqlənməsinədək Sədr vəzifəsini Yevqeniya Qaşikulina icra edəcək.
 
"AccessBank”ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk Bankda kadr dəyişikliklərini belə şərh edib: "Anar Həsənov Bankda 18 il fəaliyyət göstərdi və bu müddət ərzində qarşımıza qoyduğumuz strateji hədəflərə çatmağımızda onun əvəzsiz rolu var. Cənab Həsənov qərar verib ki, digər yerli bankda fəaliyyətinə davam edərək, yeni nailiyyətlər əldə etsin. Mən onun qərarına hörmətlə yanaşıram və yeni işində uğurlar arzu edirəm. Həmçinin "AccessBank”ın Müşahidə Şurasının adından Anar Həsənova Bankda fəaliyyəti dövründə çalışqanlığı və sadiqliyi üçün təşəkkürümüzü bildirirəm.
 
Əminəm ki, yeni komandası Anar Həsənovun təcrübəsindən və idarəetmə bacarığından çox şey qazanacaq. "AccessBank” Azərbaycan bank sektorunu hər zaman yüksək səviyyəli mütəxəssislərlə təmin edib. Hazırda "AccessBank”ın keçmiş əməkdaşları müxtəlif maliyyə qurumlarında mühüm vəzifələrdə işləyirlər.
 
"AccessBank”ın həm Baş ofis, həm də filiallarda çalışan peşəkar komandası Bankın uğurunun əsas zəminidir. Biz əminik ki, bu komanda müştərilərimizə yüksək səviyyədə xidmət göstərərək, Bankımızı yeni inkişaf səviyyəsinə qaldıracaq. "AccessBank”ın Azərbaycan iqtisadiyyatında vacib rol oynamağa davam edərək, ölkədə  mikromaliyyələşdirmə lideri mövqeyini qoruyub saxlayacağına əminəm. Bu komandanın bir hissəsi olmağımla fəxr edirəm.”
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol