• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin ucuzlaşması daha da sürətləndi

Neftin ucuzlaşması daha da sürətləndi
30.11.2020 16:28
Bu gün səhərki hərraclara nisbətən günorta saatlarında neftin qiymətləri 1,3 faizə qarşı 2 faiz ucuzlaşıb.


Anews.az xəbər verir ki, "Brent” markalı neftin fevral fyuçersləri 1,97 faiz ucuzlaşaraq 47,3 ABŞ dollarından, yanvar fyuçersləri 1,87 faiz ucuzlaşaraq 47,28 ABŞ dollarından, WTI markalı neftin isə yanvar fyuçersləri 1,67 faiz ucuzlaşaraq 44,77 ABŞ dollarından satılıb.


Bu ucuzlaşmanın mühüm səbəbi kimi OPEC+ formatı Nazirlər Monitorinq Komitəsinin dünən keçirilən qeyri-rəsmi iclasında hasilatın ixtisarına dair məlum razılaşmanın 2021-ci ildə necə olacağı barədə yekdil fikir söylənməməsi hesab olunur.


"Reuters” xəbər verib ki, OPEC+ formatı çərçivəsində hazırda qüvvədə olan hasilat həcminin gələn ilin birinci rübünə və yaxud dörd ayına şamil etmək, yaxud da yanvar ayından etibarən hasilat ixtisarını aybaay azaltmaq variantları müzakirə olunur.


Xatırladaq ki, 30 noyabr – 1 dekabr tarixlərində keçirilən iclaslarda əvvəlcə nəzərdə tutulduğu kimi gələn ilin yanvar ayından hasilatı 1,9 milyon barel artırmaq, yoxsa pandemiyanın ikinci dalğası üzündən neftə tələbatın ləng dirçəldiyinə görə bu məsələni bir müddət təxirə salmaq barədə qərar verilməlidir. Bu gün buna dair qərar OPEC tərəfindən verilməlidir.


Xatırladaq ki, noyabr ayı ərzində koronavirusa qarşı yeni dərmanlara dair nikbinlik nəticəsində neft qiymətləri 25 faizədək artıb.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol