• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı bu il 55 ailənin özünüməşğulluğunu təmin edib

Azərbaycan Beynəlxalq Bankı bu il 55 ailənin  özünüməşğulluğunu təmin edib
23.12.2020 09:45
Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramında iştirakını davam etdirir. Bank həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verir. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyənləşdirir. Apreldən başlayaraq indiyə qədər 55 aztəminatlı ailəyə Bank kiçik biznes qurmaqdan ötrü lazımi vasitələr alıb. 

Vətən Müharibəsində şəhid olmuş qəhrəman döyüşçümüz Samir Alışovun atası, Hacıqabul rayonunun Qubalı Baloğlan kənd sakini Cəlil Alışovun Dövlət Məşğulluq Mərkəzinə müraciətinin icrasını da Azərbaycan Beynəlxalq Bankı öz üzərinə götürüb. Bank şəhid ailəsinin kiçik təsərrüfat yaratmaqla özünüməşğulluğuna kömək göstərib. 

Belə bir proqramın həyata keçirilməsində məqsəd aztəminatlı ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Proqramın unikallığı isə vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. 

Bankın indiyə qədər özünüməşğulluğuna dəstək verdiyi 55 ailədən 23-ü Bakı və Bakıətrafı ərazilərdə, 8-i Gəncə, 3-ü Şirvan, 1-i Hacıqabul, 5-i Sumqayıt şəhərində, 4-i Abşeron, 2-i Sabirabad, 2-i İsmayıllı, 1-i Tovuz, 1-i Cəlilabad, 1-i Zaqatala rayonunda yaşayır. 2 nəfəri Qubadlı, daha 2 nəfəri isə Füzuli rayonundan olan məcburi köçkündür. 

Kiçik biznes qurmaqda kömək göstərilən aztəminatlı vətəndaşların 15 nəfərinin qadın olması isə ölkəmizdə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun təmin edilməsi baxımından bu layihənin dəyərini daha da artırır. Bu ailələrin özünüməşğulluq fəaliyyəti maldarlıq və broyler təsərrüfatı, un məmulatlarının istehsalı, tekstil, mebel, avtotəmir, sağlamlıq, əyləncə və s. bu kimi sahələri əhatə edəcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol