• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank özünüməşğulluq layihəsini başa çatdırıb

Unibank özünüməşğulluq layihəsini başa çatdırıb
13.01.2021 16:25
Korporativ sosial məsuliyyət "Unibank”ın brend strategiyasında əsas istiqamətlərdən biridir.
 
Bu istiqamətdə bir çox böyük layihələrə imza atan bank, daha bir layihəni uğurla başa çatdırıb. Bank, məqsədi həssas əhali qruplarının şəxsi biznesini yaratmaq olan özünüməşğulluq layihəsini yekunlaşdırıb.
 
Ötən il boyu həyata keçirilən layihə çərçivəsində həssas əhali qrupuna daxil olan 45 vətəndaş Unibank tərəfindən qurmaq istədikləri şəxsi bizneslərinə uyğun avadanlıqla təmin olunub.
 
Müxtəlif istehsal və xidmət sahələrinə aid olan bu avadanlıqlar sayəsində artıq vətəndaşların əksəriyyəti şəxsi ailə bizneslərini formalaşdıra biliblər.

Qeyd edək ki, özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həyata keçirilir.
 
Bu memоrandum ölkə banklarının layihədə iştirakına imkan yaradıb. Unibank da daxil olmaqla, layihəyə qoşulan banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol