• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!

Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
27.01.2021 11:56
"Azercell Telekom” MMC və Azərbaycan Beynəlxalq Bankı yeni əməkdaşlığa imza atır".


İndi Azercell-in rəqəmsal həlləri IBA Mobile tətbiqində! Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC Azərbaycan Beynəlxalq Bankı ilə birgə əməkdaşlıqda daha bir yeniliyə imza atır.
 
Artıq Azərbaycan Beynəlxalq Bankının IBA Mobile mobil əlavəsinin istifadəçiləri tətbiq vasitəsilə Azercell-in NNTV, Bookmate, BluTV və ivi xidmətlərini
aktivləşdirmək imkanı əldə edir. Xidmətlərə qoşulmaq qaydası çox sadədir. İstifadə rahatlığı və funksionallığı ilə seçilən IBA Mobile-də "Digər” bölümünü seçdikdən sonra "Partnyorlar” bölümünə keçid edib "Azercell tətbiqləri” sırasında sevdiyiniz xidmətə abunə ola bilərsiniz.

4 milyondan çox dünya və Azərbaycan ədəbiyyatı əsərlərini elektron və audio formatda özündə cəmləşdirən Bookmate tətbiqini lider mobil operator eksklüziv şərtlərlə təqdim edir. Yalnız Azercell abunəçiləri xidmətə 50% endirimlə- ayda cəmi 3.50 AZN ödəyərək qoşula bilərlər. Bookmate mütaliəsevərlərə məkandan və istifadə olunan cihazdan asılı olmayaraq Azərbaycan, türk, ingilis, rus və digər dillərdə zəngin elektron kitabxanadan yararlanmaq, sevdiyi kitabları sosial şəbəkələrdə dostları ilə paylaşmaq, eləcə də tətbiqi yeni kitablarla daha da zənginləşdirmək imkanı verir. Xidmətdən günlük istifadə haqqı
0.19 AZN təşkil edir.

Azərbaycanda yalnız Azercell abunəçilərinin yararlana biləcəyi NNTV xidməti 200-dən çox yerli və xarici televiziya kanallarını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verir. Xidmətdən ayda 4 AZN və ya gündə 0.20 AZN ödəməklə yararlanmaq mümkündür. Abunəçilərinin rahatlığını hər zaman düşünən Azercell, bu xidmət üçün xüsusi paketlər də təqdim edir. Ətraflı məlumat üçün

 
səhifəsinə keçid etməyiniz xahiş edilir.

Azercell son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını, eləcə də türk TV kanallarını BluTV ilə müstəsna tərəfdaşlıq çərçivəsində endirimli qiymətlərlə təqdim edir. İzləmə rekordları ilə seçilən türk kinematoqrafiyasını 4K keyfiyyətdə və reklamsız ayda 4.99 AZN deyil, cəmi 3 AZN-ə smartfonlarınızda və ya Smart TV-də izləyin! Günlük abunə haqqı 0.25 AZN təşkil edir.

Kinoteatrların bağlı olduğu bir zamanda Azercell kino pərəstişkarlarını ivi xidməti ilə sevindirir. Dünyanın ən populyar və eksklüziv filmlərini Smart TV də daxil olmaqla, eyni anda 5 cihazda izləmək imkanı verən ivi xidmətindən ayda cəmi 5.99 AZN-ə və ya gündə 0.40 AZN-ə yararlanmaq mümkündür. Ən yeni filmləri ivi ilə yüksək keyfiyyətdə və reklamsız izləmək fürsətini qaçırmayın!

Azercell-in Big Data və Təhlillər departamentinin direktoru, İstehlakçı Seqment Biznes strukturunun rəhbəri Azad Hüseynov bildirdi: "Artıq 2 ildir ki, rəqəmsallaşma siyasətimizi uğurla həyata keçiririk. Özünəxidmət məhsullarının xüsusilə aktual olduğu bir zamanda abunəçilərimizin həyatını innovativ biznes həlləri ilə asanlaşdırmağa çalışırıq.

Azərbaycan Beynəlxalq Bankı ilə birgə bu istiqamətdə daha bir önəmli addım atdığımızı düşünür və bu əməkdaşlığın müştərilərimiz üçün faydalı olacağına inanıram”. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya İnzibatçısı Taleh Tahirli mobil xidmətlərin bu şəkildə uğurlu inteqrasiyasının ölkəmizdə innovasiya ekosisteminin inkişafına xidmət etdiyini qeyd etdi:

"Hər biri öz sahəsində lider olan Azərbaycan Beynəlxalq Bankı və Azercell şirkətinin bu istiqamətdə öz imkanlarını birləşdirməsi faydalı müştəri təcrübəsi formalaşdıracaq və yeni innovativ həllərin ortaya çıxmasına zəmin yaradacaq”.

Azercell-in rəqəmsal məhsullar portfeli ilə tanış olmaq üçün

 
səhifəsinə keçid etməyiniz xahiş olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol