• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar bahalaşdıqca neft ucuzlaşır

Dollar bahalaşdıqca neft ucuzlaşır
28.01.2021 15:26
Dolların məzənnəsinin artmasının, habelə koronavirus üzündən tələbatın gələcəyinin müəmmalı olmasının təsirilə neft bugünkü hərraclarda bir az da ucuzlaşıb.


Anews.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:50-yə olan vəziyyətə görə, "Brent” markalı neftin aprel fyuçersləri 0,63 faiz ucuzlaşaraq 55,18 ABŞ dollarından, mart fyuçersləri 0,77 faiz ucuzlaşaraq 55,38 dollardan, WTI markalı neftin də mart fyuçersləri 0,72 faiz ucuzlaşaraq 52,47 dollardan satılıb.


Bununla yanaşı, başlıca pul vahidlərinə qarşı məzənnəsi artan ABŞ dollarının indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşı olan 6 ölkənin valyutalarına qarşı məcmu məzənnə) dünən 0,5 faiz, bu gün də 0,1 faiz artıb. Nəticədə daha çox dollarla satılan neft və s. xammal məhsullarının başqa valyuta sahibləri üçün bahalaşdığına görə həmin məhsullara tələbat azalır.


Koronavirus pandemiyası ilə bağlı vəziyyət də dünya iqtisadiyyatının dirçəlməsinə, o cümlədən neftə tələbatın artmasına dair şübhələrin qalmasına səbəb oldu. Dünən Böyük Britaniyada ölkəyə giriş-çıxışlarla bağlı qaydalar sərtləşdirilib. İki həftədən sonra Ay təqvimilə Yeni İli qarşılamağa hazırlaşan Çində isə əhali bayram tətilləri zamanı imkan daxilində səyahətlərə çıxmamaqla bağlı xəbərdar edilib. Xatırladaq ki, Çin ən böyük neft idxalçısıdır.


"Axi”nin dünya bazarları üzrə eksperti Stefen İnnes "Reuters”ə bildirib ki, koronavirusa qarşı peyvənd işlərinin ləng aparılması cari ilin ikinci rübündə neftə tələbatla bağlı mühüm çətinliklər yaşanacağı şəksiz görünür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol