• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana növbəti beynəlxalq tanıtım gətirən şirkət Azercell oldu!

Azərbaycana növbəti beynəlxalq tanıtım gətirən şirkət Azercell oldu!
30.01.2021 21:56

 
Lider mobil operator İnsana Sərmayə Standartı üzrə MDB-də ilk Platin sertifikata layiq görüldü
 
Ölkənin ən qabaqcıl mobil rabitə təminatçısı "Azercell Telekom”-un həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanların inkişafı sahəsində fəaliyyəti uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir. Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, eləcə də, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq "Investors in People” (IIP) -  İnsana Sərmayə Standartının əsas 9 fəaliyyət göstəricisi üzrə dəyərləndirilərək bu dəfə ən yüksək  pillə hesab edilən  PLATİN sertifikatına layiq görüldü. "İnsana Sərmayə” standartı şirkət perfomansının inkişafı, işçilərin müasir inkişaf imkanları ilə təmin edilməsi, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi, işçi potensialına fokuslanan effektiv idarəetmə kimi prinsipləri ölçür və daha da inkişaf etdirməyə təşviq edir. Azercell ölkəmizdə Platin sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında da belə bir uğura imza atan yeganə şirkətidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı adıçəkilən akkreditasiya mərkəzinin ən yüksək dəyərləndirmə səviyyəsidir və hal-hazırda dünyada fəaliyyət göstərən şirkətlərin yalnız 2% bu statusa layiq görülüb.
 
"Azercell Telekom” yarandığı ilk gündən etibarən həm  bütövlükdə korporativ idarəetmə sahəsində, həm də  İnsan Kapitalının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər,prosedurlar və mövcud idarəçilik sistemi ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə həmin Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş, 2018-ci ildə isə Qızıl Sertifikata layiq görülüb. Ötən il keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini beynəlxalq səviyyədə bir daha  sübut edərək, Platin Sertifikatına layiq görüldü. Onu da vurğulayaq ki,  1996-2020-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 25,886,353 ABŞ dolları həcmində sərmayə yatırılıb.
 
Qeyd edək ki, İnsan Resurslarının İdarə Edilməsi üzrə "Investors in People” Sandart ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 30 illik fəaliyyəti nəticəsində dünya üzrə 66 ölkə və 50.000-dən çox təşkilatı əhatə edir.
 
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol