• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neft hasilatı kəskin azaldı

Azərbaycanda neft hasilatı kəskin azaldı
05.02.2021 13:38
2020-ci il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Çıraq”, "Mərkəzi Azəri”, "Qərbi Azəri”, "Şərqi Azəri”, "Dərinsulu Günəşli” və "Qərbi Çıraq” platformalarından birlikdə 175 milyon barel (23,6 milyon ton) və ya gündə orta hesabla 477 min barel neft hasil edilib. 

Anews.az xəbər verir ki, bu barədə "BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2019-ci illə müqayisədə neft hasilat 10,2% və ya 20 milyon barel az olub.

Gündəlik hasilat – "Çıraq” plantformasında 34,9 min, "Mərkəzi Azəri”də 113,2 min, "Qərbi Azəri”də 118,9 min, "Şərqi Azəri”də 64,2 min, "Dərinsulu Günəşli”də 95,4 min və Qərbi Çıraqda 50,4 min barel olub. Əvvəlki illə müqayisədə istisnasız olaraq bütün platformalarda gündəlik neft hasilaytı aşağı düşüb.

2020-ci ildə AÇG-də ümumilikdə 127 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub. 2019-ci illə müqayisədə hasilat quyularının sayı 2  ədəd artıb, injektor quyularının sayı isə dəyişməz qalıb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən "Şevron” şirkətini əvəz edib)  (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol