• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın STAR-ı 250 milyon dollar borc ödəyib

SOCAR-ın STAR-ı 250 milyon dollar borc ödəyib
15.02.2021 14:21
Pandemiyaya baxmayaraq, SOCAR-ın STAR NEZ-i ötən il 250 milyon dollardan çox kreditin geri ödənilməsinə nail oldu

Türkiyənin ən böyük birbaşa xarici investoru olan "SOCAR Türkiyə”nin törəmə müəssisəsi- STAR Neft Emalı Zavodu 2020-ci ildə qlobal pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq rekord rəqəmlərə imza atıb. Emal gücü 10 milyon ton həcmində müəyyənləşdirilən STAR NEZ istehsal planını artıraraq bu həcmi 10,5 milyon tona çatdırıb. 2020-ci ildə təxminən 10,3 milyon tonluq satış həyata keçirən zavod bu həcmin təxminən 70%-ni daxili bazara yönəldərək, Türkiyə iqtisadiyyatına proqnozlaşdırılan töhfəni vermiş olub. 

"SOCAR Türkiyə”nin Emal və Neft-Kimya  bölməsinin rəhbəri Anar Məmmədov  STAR NEZ-in yüksək göstəricilərini şərh edərkən demişdir: "Petkimin xammalı olan naftanın tədarükü ilə yanaşı daxili bazarda həyata keçirdiyimiz satışlarla Türkiyənin cari kəsirinin azalmasına mühüm töhfə verdik. STAR NEZ-də sahip olduğumuz qabaqcıl texnologiya, Petkimlə inteqrasiya, əlverişli rəqəmsal transformasiya modelimiz,  səmərəli istehsal planı və optimallaşdırma prosesləri bu uğuru qazanmağımız üçün şərait yaratdı. Pandemiya səbəbindən  təyyarə yanacağına tələbatın azalmasını nəzərə alaraq,  potensialımızı sürətlə dizel yanacağına yönəldib fasiləsiz istehsala davam edə bildik. Xüsusilə, 2020-ci ilin ikinci yarısından etibarən 100%-dən artıq istehsal gücü ilə çalışaraq zavodumuzun xam neft emalı həcmini  10,5 milyon tona qaldırdıq. Bizə qürur verən bu yüksək göstəricilərə görə hər biri öz sahəsində  məsuliyyətlə çalışan bütün həmkarlarıma təşəkkür edirəm.” 

2020-ci ildə neft qiymətlərində azalmanın təsiri ilə emal gəlirlərinin də aşağı düşdüyünü sözlərinə əlavə edən Anar Mammadov bildirmişdir:  "6,3 milyard dollarlıq dəyəri ilə Türkiyədə real sektorun tək nöqtəyə  yatırdığı ən böyük investisiya layihəsi olan STAR NEZ bu çətin ildə 250 milyon dollardan çox kreditin geri ödənilməsinə nail olmuşdur. Bundan əlavə zavodumuzun anbar tutumunu və əməliyyat elastikliyini  artıracaq investisiyalarımızı da davam etdiririk. Bu çərçivədə, təxminən 45 milyon dollarlıq sərmayə büdcəsinə malik olan "NEZ-in elastikliyinin, iş qabiliyyətinin və gəlirliliyinin yaxşılaşdırılması” layihəsini (IFOP) bu il başa çatdıracağıq. IFOP layihəsi ilə birlikdə  ümumi dəyəri təxminən 600 milyon dollar təşkil edən və böyük hissəsi əlavə anbar tutumu ilə əlaqədar olan yeni investisiyalarımızı da 2022-ci ildə tamamlamağı planlaşdırırıq.”  

Fəaliyyətə başladıqdan 1 il sonra, 2019-cu ildə İstanbul Sənaye Palatasının "Türkiyənən 500 böyük sənaye qurumu” siyahısında 5-ci yeri tutan STAR NEZ inkişaf etmiş konfiqurasiyası sayəsində 100 növdən artıq nefti emal etmək qabiliyyətinə malikdir. Türkiyədə xam neft emal edən iki müəssisədən biri  olan STAR NEZ  bu baxımdan da ölkə iqtisadiyyatına mühüm töhfə verir. 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol