• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib

“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib
25.02.2021 13:36
Mart ayının 1-dən etibarən "AccessBank”da iki yeni İcraçı Direktor vəzifələrinin icrasına başlayır. Bunlar Pərakəndə Bankçılıq üzrə İcraçı direktor İlkin Quliyev və  Risklərin İdarə Edilməsi üzrə İcraçı direktor Orxan İsmayılovdur.   

İlkin Quliyev "AccessBank”da fəaliyyətinə 2019-cu ilin aprel ayında Pərakəndə Bankçılıq departamentinin direktoru vəzifəsində başlayıb. Cənab Quliyev bankçılıqda  12 ildən çox iş təcrübəsinə malikdir. O, "AccessBank”dan öncə 4 bankda Xidmət, Şöbə və Departament rəhbəri vəzifələrində işləyib.  

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın idarə olunması” üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində "Bank və Maliyyə” üzrə magistr dərəcələrinə yiyələnib. 

Orxan Ismayılov "AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb.  Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib. 

Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib. 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol