Azərbaycan xaricə qaz satışını 32 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xaricə qaz satışı 3,3 milyard kubmetr təşkil edib.
Bu barədə "Report” Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 % çoxdur. Bu ilin yanvar-fevral ayında 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,6 % çox, yəni 2 milyard kubmetr, Avropaya təqribən 783 milyon kubmetr, Gürcüstana isə 497 milyon kubmetr qaz ixrac edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















