• $
  • €
  • ₽
  • ₺
  • £

DOST mərkəzlərində işə qəbul qaydası necədir?

DOST mərkəzlərində işə qəbul qaydası necədir?
25.03.2021 11:29
"DOST mərkəzlərində işə qəbulla bağlı çox geniş proqramımız var”.


Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook” səhifəsindəki "Sosial saat”da Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Onun sözlərinə görə, DOST-da əsasən bir neçə istiqamət üzrə işə qəbul həyata keçirilir: "Bizdə əsas istiqamət funksional istiqamətdir, birbaşa fəaliyyət istiqamətlərimiz pensiya sahəsi, müavinət, təqaüdlər, məşğulluq, əlilliklə bağlı və digər məsələlərdir. Bu istiqamətdə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili kadr potensialından istifadə edirik. Bunun da səbəbi odur ki, birinci növbədə işçinin peşəkarlığına nəzər yetiririk".


F.Məmmədov bildirilb ki, DOST mərkəzlərində fəaliyyət göstərəcək sosial agentlər, sosial işçilər və s. bu sahədə peşəkar olan mütəxəssislər olmalıdılar: "Ona görə də əsasən üstünlüyü ƏƏSMN nəzdində olan kadrlara veririk”.


Onun sözlərinə görə, amma inzibati və digər sahələrdə işə qəbul proseslərini də həyata keçirirlər: "Birbaşa bizim veb saytımız və sosial şəbəkədə olan profillər vasitəsilə də vətəndaşlar müraciət edir, şəxsi məlumatlarını yönləndirirlər. Eyni zamanda, bizim mərkəzlərdə olan məlumat masalarına yaxınlaşaraq işlə bağlı müraciət edirlər. Biz həmin müraciətlərə baxırıq. Hesab edirəm ki, kifayət qədər çevik yanaşmamız var. Vətəndaşlara da tövsiyə edirəm ki, qeyd etdiyim üsullardan istifadə etsinlər. Şübhəsiz ki, işə qəbul zamanı yalnız funksional istiqamətləri qiymətləndirmirik. Burada yumşaq bacarıqlara da üstünlük veririk. Burada əsasən inzibati istiqamətdə olan vəzifələrə üstünlük verilir. Eyni zamanda, DOST Agentliyinin daxilində kifayət qədər geniş hazırlıq və təlim proqramları mövcuddur ki, həmin proqramlardan da çox aktiv istifatə edirik”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol