• $
  • €
  • ₽
  • ₺
  • £

Kirayə mənzillərlə bağlı XƏBƏRDARLIQ

Kirayə mənzillərlə bağlı XƏBƏRDARLIQ
18.04.2021 12:19
"Mənzilin kirayə verilməsi ilə əlaqədar əldə edilən gəlirdən 14 faiz gəlir vergisi ödənilməlidir".

Anews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən kirayə mənzil bazarında vergidən yayınmalara qarşı hansı mübarizə tədbirlərinin görüldüyü ilə bağlı sorğuya cavab olaraq bildirilib.


Qeyd edilib ki, mənzili kirayə verilməsi ilə əlaqədar kirayə haqqını ödəyən fiziki şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, kirayəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi uçota alınmalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır:


"Sonra hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir”.


Dövlət Vergi Xidmətinin rəis müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Samirə Musayevanın adından daxil olan cavabda əlavə edilib ki, mənzili kirayə götürən şəxs əmlakdan sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etmədiyi halda həmin şəxsin vergi orqanında uçota alınma öhdəliyi yaranmır:


"Eyni zamanda kirayə müqavilələri barədə məlumatlar vergi orqanına təqdim edildiyi halda vergi orqanları tərəfindən həmin məlumatlar vergilərin hesablanması zamanı əlaqəli məlumat kimi istifadə edilir. Vergi orqanları müxtəlif formalarda vergidən yayınan şəxslər barədə müvafiq məlumatlar əldə etdiyi halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilərin hesablanmasını həyata keçirə bilər. Belə ki, vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri vergi ödəyicilərinin fəaliyyətinin əhatə edən nəzarət forması olduğundan və mənzilin kirayə verilməsindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçotda olmadığından bu şəxslər vergi nəzarətinin əhatə etdiyi subyektlərə aid edilmir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol