• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell İlin Mobil İnternet Provayderi adına layiq görüldü

Bakcell İlin Mobil İnternet Provayderi adına layiq görüldü
30.05.2014 13:38
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, məşhur beynəlxalq “The Business Year” (TBY) nəşrinin mükafatına layiq görülüb.Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və TBY jurnalının təşkil etdiyi “The Business Year: Azerbaijan-2014” buraxılışının təqdimat mərasimində Bakcell şirkəti “İlin Mobil İnternet Provayderi” elan edilib.“Biz İlin Mobil İnternet Provayderi adına layiq görüldüyümüzə görə çox şadıq. Apardığımız araşdırmalargöstərir ki, biz mobil modem və kiçik ekranlı cihazlar üçün nəzərdə tutulmuş data xidmətləri sahəsində hələ də liderik, lakin bizim əsas məqsədimiz internetdən kompüterlərdə deyil, telefonlarda istifadə edilməsi tendensiyasının artırılmasına yönəlib. Həm Bakcell brendi, həm Sür@ (“Bakcell”in 3G xidməti) brendi ən keyfiyyətli mobil data və mobil internet xidmətləriilə məşhurdur. Buna görə də qeyd olunan müsbət cəhətlərin yüksək keyfiyyətə və funksionallığa malikolan Bakcell brend telefonları ilə birləşdirilməsi bizim üçün uğurlu bir addım idi. Bazarın təxminən 45%-i Sür@ xidmətindən istifadə edir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.“Biz böyük məmnuniyyətlə İlin Mobil İnternet Provayderi mükafatını Bakcell şirkətinin rəhbəri Riçard Şirerə təqdim etdik. Mobil telefonlar üçün internet tətbiqetmələrinin inkişaf etdirilməsi informasiya texnologiyaları və rabitə sektorunu kökündən dəyişdirməkləyanaşı, həm də bizim iş və yaşayış tərzimizi həmişəlik dəyişdirib. İlin Mobil İnternet Provayderi mükafatının sahibi bu il Azərbaycanda bu fəaliyyətin təşəbbüskarı olub. Özlərinin brend mobil smartfonlarını təqdim etməklə, onlar İnternetin mobil telefonlarda istifadəsinin artırılmasına səbəb oldular və bunun nəticəsində, İnternet trafikini 100 faiz artıra bildilər”, deyə TBY jurnalının baş redaktoru Leland Rays bildirib.Böyük Britaniyanın “The Business Year”nəşri hər il bir sıra ölkələrdə ilin ən yaxşılarını mükafatlandırır. Jurnalın Azərbaycana həsr olunmuş ilk nəşri 2011-ci ildə çap edilib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol