• $
  • €
  • ₽
  • ₺
  • £

Apreldə Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Apreldə Azərbaycanda elektrik enerjisi istehsalı artıb
24.05.2021 13:29
Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,4 mln. kVt·st artaraq 2022,9 mln. kVt·st olub. Ay ərzində elektrik enerjisinin ixracı 47,5 mln. kVt·st, idxalı isə 15,0 mln. kVt·st təşkil edib.

Energetika Nazirliyindən Anews.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı 8947,8 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 46,5 mln. kVt·st azalaraq 8388,7 mln. kVt·st, SES-lərdə 98,6 mln. kVt·st artaraq 440,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,0 mln. kVt·st azalaraq 118,7 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 31,12 mln. kVt·st, günəş elektrik stansiyalarında 14,2 mln. kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 73,42 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

4 ay ərzində elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 8050,5 mln. kVt·st (İES-lərdə 7655,7 mln. kVt·st, SES-lərdə 394,8 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 115,9 mln. kVt·st (İES-lərdə 62,7 mln. kVt·st, SES-lərdə 40,2 mln. kVt·st, GES-də 13,0 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 758,9 mln. kVt·st, "Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 22,5 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 47,2 mln. kVt·st olub. İrandan 10,8 mln. kVt·st, Rusiyadan 32,0 mln. kVt·st, Gürcüstandan isə 4,4 mln. kVt·st elektrik enerjisi idxal edilib.

Cari ilin 4 ayı ərzində elektrik enerjisinin ixracı 554,5 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 mln. kVt·st artıb. İrana 10,8 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 31,2 mln. kVt·st, Gürcüstana isə 499,8 mln. kVt·st elektrik enerjisi ixrac edilib.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol