• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank” 2020-cu il üzrə audit hesabatını açıqladı

“AccessBank” 2020-cu il üzrə audit hesabatını açıqladı
31.05.2021 14:45
"AccessBank” "PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Göstəricilər ilə tanış olmaq üçün:

https://www.accessbank.az/az/our-bank/in-figures/
 
Hesabata əsasən, 2020-cu ilin 31 dekabr tarixinə görə, bankın aktivləri 805 milyon manat təşkil edib. Bunun əhəmiyyətli hissəsi - 57%-i kredit portfelində cəmlənib. 

Yüksək likvidli vəsaitlərin payı 15%-dən 20%-ə artıb. Bankın depozit portfeli isə 6% azalıb.

Kredit portfelinin 2019-cu illə müqayisədə azalmasına baxmayaraq, xalis faiz gəliri 718.000 milyon manat artıb. 

Kredit riskini ödəmək üçün yüksək xərclər səbəbindən Bank 19 milyon manat məbləğində zərərdədir. 

"AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Bankın göstəricilərini şərh edib: 

"2020-ci il həm bank sistemi, həm müştəriləri, xüsusən də biznes müştəriləri üçün çətin bir il oldu. Müştərilərimizə dəstək olmaq üçün həllər hazırladıq. Bunların və sıx ünsiyyətin sayəsində bir çox müştərilərimizin kreditlərini bağlamalarında yaranmış problemləri həll etdik. Restrukturizasiyanın  ümumi həcmi 163.5 milyon manata çatdı. Bu da öz növbəsində kredit riski zərərlərinin ödənilməsi xərclərində əksini tapdı. Beynəlxalq standartlara görə, restrukturizasiya  olunmuş kreditlər ehtiyatların əhəmiyyətli dərəcədə artmasını tələb etsə də, biz kredit portfelimizin keyfiyyətinin kifayət qədər yüksək olduğuna əminik və gələn il bu ehtiyatların azad edilməsini və müvafiq olaraq da Bankın mənfəət əldə edəcəyini görəcəyik. 

Bank davamlı olaraq inkişaf edir və pandemiya dövründə fəal olaraq kredit verməyə başlayanlardan biri oldu. Komandamızın dəyişən mühitə sürətlə uyğunlaşması, çətin mühitlərdə əsaslandırılmış qərarlar qəbul etməsi və müştərilərimizlə hər zaman açıq və dürüst ünsiyyət qurmağımız təşkilat olaraq bizi daha da gücləndirdi."

"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol