• $
  • €
  • ₽
  • ₺
  • £

Restoranlara da “ulduz”lar veriləcək

Restoranlara da “ulduz”lar veriləcək
29.05.2014 11:11
Kommersiya iaşə müəssisələri göstərdiyi xidmətin səviyyəsinə, aşpazların, süfrəçilərin ixtisas dərəcələrinə, tərtibatına, əlavə xidmətlərə, avadanlıqlarına qab-qacağa və s. amillərə görə ulduz yaxud dərəcə sistemi ilə dəyərləndiriləcək.ANN.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, “Kulinariya haqqında qanunda” kütləvi iaşədə çalışan bütün peşəkar işçilər (aşpaz, qənnadıçı, çörəkçi, süfrəçi, barmen, administrator və s.) müvafiq baza təhsili alacaqlar. Hətta xaricdən ölkəmizə gəlib respublika iaşə müəssisələrində çalışan işçilərin, müvafiq peşəkar təşkilatdan təhsilinin uyğunluq sertifikatı olmadan işləmək hüququ olmayacaq.Bundan başqa qanuna görə, sosial iaşə müəssisələrində çalışan peşə işçiləri (direktor, müdir, aşpaz, qənnadıçı, çörəkçi və bu kimi) baza peşə təhsilindən əlavə xidmət etdikləri sosial qrupun iaşəsi ilə bağlı peşəkar təşkilat tərəfindən təşkil olunmuş əlavə təhsil də alacaqlar.“Kulinariya haqqında qanunda” məktəb iaşəsi üçün də müddəalar nəzərdə tutulub. Belə ki, qanunla məktəbli iaşəsi üçün hər bir uşağa hər gün bir bardaq (200 ml) süd verilməsi təmin olunacaq.Qanunun pozulmasında təqsirli olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.Məlumat üçün bildirək ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmalı olan bu qanun layihəsinin müəllifi Mədəniyyət Komitəsinin üzvü Leyla Abdullayevadır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol