• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün kampaniya

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün kampaniya
08.06.2021 10:46
Daim iş adamlarına faydalı olmağa çalışan Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün yeni kampaniyaya başlayıb. Bankın elan etdiyi kampaniya "Sahibkarlara faydalı” adlanır. Kampaniya müddətində Bankın xidmət və məhsullarından yeni istifadə etməyə başlayan sahibkarlara SahibKart, Business/Korporativ kartı və əməkhaqqı kartları hədiyyə olaraq pulsuz veriləcək. 

Bundan başqa, Bankdan biznes krediti alan şirkət rəhbərlərinə, yaxud fərdi sahibkarlara TamKart Classic hədiyyə edilir, TamKart Gold, Platinum və Premium kartları isə 50% endirimlə təklif olunur.

Kredit məbləğindən asılı olaraq sahibkarlar Azərbaycan Beynəlxalq Bankından hədiyyə IBA Miles və ya Azercell kobrend kartı əldə etmək, yaxud bu kartları 50% endirimlə almaq fürsəti də qazanırlar.

Standart tarifə uyğun gələn müştərilərin ticarət və xidmət məkanlarındakı POS-terminallarda və ya onların veb resurslarında "Azericard” prosessinq mərkəzi tərəfindən xidmət göstərilən bank kartları ilə qəbul edilmiş ödənişlər zamanı 50%-dək komissiya güzəşti edilir. Kampaniya dövründə kreditin rəsmiləşdirilməsində isə müştərilər komissiyada – 50%-dək endirim güzəşti və 12 ayadək güzəşt müddəti qazanırlar. Kampaniya 30 iyun 2021-ci il tarixinə qədər keçərlidir. Bu barədə daha ətraflı
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol