• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
10.06.2021 17:40
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün Azərbaycanda neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozunu 0,06 milyon barel artıraraq 0,79 milyon barel səviyyəsinə çatdırıb. Bu, may ayındakı qeydə alınmış hasilat göstəricisindən 0,03 milyon barel çoxdur.

Bu barədə qurumun iyun ayı üzrə hesabatında bildirilir.

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,01 milyon barel azalaraq gündəlik 0,78 milyon barelə çatdırılıb. May ayında hasilatın həcmi 0,01 milyon barel artması gözlənilir.

Belə olan halda, bu ilin ikinci rübündə gündəlik hasilat 0,01 milyon barel artaraq 0,78 milyon barelə çatdırılacaq.
Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən qaz-kondensat yataqlarında bu ilin aprel və may ayları ərzində təbii qaz və kondensatın gündəlik orta hasilatı 0,18 milyon barel səviyyəsində saxlanılması gözlənilir.

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 674 min barel olub. Bunun 586 min barelini xam neft, 88 min barelini isə kondensat təşkil edib.

"OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin may ayında 603 min barel, iyun ayında 610 min barel, iyul ayında isə 620 min barel səviyyəsində saxlanılması müəyyənləşmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol