• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə şad xəbər: Cərimələr azaldı

Sürücülərə şad xəbər: Cərimələr azaldı
27.05.2014 17:51

“Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır”.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. 

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təkliflər əsasında “ASAN ödəniş” sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim edəcək. Mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayıb, bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməlidirlər. 

Daxili İşlər Nazirliyi bir ay müddətində İnzibati Xətalar Məcəlləsinin 429-6.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların toplanaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə yerləşdirilməsini təmin etməlidir. 

ANS PRESS-in “azadlıq.org”a istinadən verdiyi məlumata görə, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb. 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı.

Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır, - yeni Məcəllə bunu tələb edir.

Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2%-dən 1%-ə endirilir. Eyni zamanda cəriməni ödəyərkən 10%-lik güzəştdən istifadə müddəti 5 gün hesablanır. Əvvəllər isə bu müddət üç gün idi.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol