• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şirkət ötən ili zərərlə başa vurub

Bu şirkət ötən ili zərərlə başa vurub
25.06.2021 12:25
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 2020-ci ili 347 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 80 min manat mənfəətlə çıxmışdı. Son nəticədə qurumun yığılmış zərəri 3,3% artaraq 10,833 milyon manata çatıb.

Ötən il "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin əməliyyat gəlirləri 4,001 milyon manat (əvvəlki ilə nisbətən 25,1% az), xidmətlərinin maya dəyəri 2,156 milyon manat (13,2% az), inzibati xərcləri 2,155 milyon manat (20,6% az), maliyyə xərcləri isə 36 min manat (55,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin aktivləri 2,443 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Hesabat dövründə şirkətin 80,1% azalaraq 88 min manat, balans kapitalı isə 17,8% artaraq 2,355 milyon manat, o cümlədən nizamnamə kapitalı 0,55% artaraq 2,225 milyon manat olub.

"Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" 2006-cı ildə "Bakı Sərnişin Nəqliyyatı” adı ilə yaradılıb. 2014-cü ildə şirkət adını "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili”nə dəyişdiriib, 2016-cı ildən isə indiki adı ilə fəaliyyət göstərməyə başlayıb. Cəmiyyətin əsas məqsədi avtomobil nəqliyyatı ilə (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sərnişin və yük daşımalarının təşkilinə və tənzimlənməsinə dair xidmətlər göstərilməsindən, daşımalar sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasından ibarətdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol