• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim
25.06.2021 09:41
Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində təlimlər təşkil edəcək. 29-30 iyun tarixlərində keçiriləcək təlimlərə Dövlət Vergi Xidməti, KOBİA və AMEA-nın İqtisadiyyat İnstitutu da dəstək verəcək. Tədbir iştirakçılarına düşməndən azad edilmiş ərazilərimizdə sahibkarlığın inkişafı və yeni biznes imkanları, Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlər, eləcə də mühasibatlıq, biznesin təkmilləşdirilməsi ilə bağlı mövzular  təqdim ediləcək. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanacaqlar. 

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli bildirib: "Sahibkarlar Bankımız üçün sadəcə önəmli müştəri qrupu deyil, eyni zamanda ölkə iqtisadiyyatının inkişaf qaynağıdır. İş adamlarımıza fəaliyyətləri boyunca kömək göstərmək, onların bazardakı yeniliklərə çevik şəkildə uyğunlaşmalarına nail olmaq üçün imkanlarımızdan istifadə edərək hər sahədə dəstəyimizi davam etdiririk. Bankımızın öz tərəfdaşları ilə birgə keçirdiyi "Sahibkarlar  Klubu təlimləri” də sahibkarlar qrupu üçün effektiv tədbirlərimizdən olacaq”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol