• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən 4G MiFi ilə daha sürətli internet bağlantısı!

Azercell-dən 4G MiFi ilə daha sürətli internet bağlantısı!
02.07.2021 10:19
Hədiyyəli MiFi cihazı eyni anda 10-a qədər istifadəçiyə rahatlıqla internet şəbəkəsi paylaya bilir

Keyfiyyətli, eyni zamanda effektiv internet bağlantısının son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, ölkənin lider mobil operatoru "Azercell Telekom” bu sahədə rahat və əlverişli həlləri təqdim etməkdə davam edir. Şirkətin hazırda keçirilən kampaniyası çərçivəsində yeni MiFi M25 cihazı ilə birgə abunəçilər həm də 50GB həcmində internet paketini hədiyyə olaraq əldə edə biləcək. Cəmi 99 AZN dəyərində olan bu təkmilləşdirilmiş cihaz eyni anda 10-a yaxın istifadəçi üçün sürətli internet bağlantısını təmin edir. 

Kiçik ölçülü olması bu cihazı daim yanında gəzdirməyə, istədiyin vaxt istifadə etməyə şərait yaradır. Avadanlığın daşınması kimi istifadəsi və quraşdırılması da kifayət qədər rahatdır. İstifadəçilər üçün önəmli cəhətlərdən biri də MiFİ avadanlığının enerjiyə qənaət funksiyasıdır -  cəmi bir dəfə tam enerji ilə yüklənməsi cihazın 8 saata qədər uzun müddət davamlı işləməsini təmin edir. İstifadə edilmədikdə cihazı avtomatik yuxu rejiminə quraşdırmaq, bununla da həm internetə, həm də enerjiyə qənaət etmək olar. 

Qeyd edək ki, kampaniya çərçivəsində hər bir 4G MiFi cihazla birgə 1 ədəd "Data tarifi”-ndə olan Fakturasız xətt nömrəsi təqdim olunur.   Abunəçilər cihazı Azercell Eksklüziv Mağazaları və Azercell-in rəsmi diler dükanlarından əldə edə bilərlər. 

Kampaniya haqqında daha ətraflı məlumat üçün bu linkə keçid almaq tövsiyə edilir:
https://www.azercell.com/az/personal/campaigns/devices/iot/4g-mi-fi.html



Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının "İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Mobil operator "Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol