• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti AÇIQLANIB

Neftin qiyməti AÇIQLANIB
06.07.2021 16:03
ABŞ-ın "WTI” markalı neftinin qiyməti 2014-cü ilin noyabr ayından bu yana ən yüksək hədd olan 76,98 dollara çatdıqdan sonra qiymət artımı bir qədər səngiyib.

Bakı vaxtı ilə saat 14:13-ə olan vəziyyətə görə, "Brent” markalı neftin sentyabr fyüçersləri 0,19 faiz bahalaşaraq 77,31 ABŞ dollarından, "WTI” markasının avqust fyüçersləri isə 1,58 faiz bahalaşaraq 76,35 dollardan satılıb.

Ötən həftə OPEC+ formatı çərçivəsində keçirilən görüşlərdə hasilatın ixtisarına dair razılaşmanın müddətini 2022-ci ilin aprelindən dekabrınadək uzatmaq qərarı Birləşmiş Ərəb Əmirliklərinin etirazı səbəbindən baş tutmayıb.

"Məncə, son nəticədə tərəflər razılığa gələr, avqust ayından sonra bazara əlavə neft çıxarılar” – deyə "Saxo Bank”ın eksperti Ole Hansen "Bloomberg”-ə bildirib. Onun fikrincə, məsələ ilə bağlı Çin, Hindistan, ABŞ kimi ən iri neft istehlakçısı ölkələrinin siyasi təzyiqlərinin də olacağı istisna edilmir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol