• $
  • €
  • ₽
  • ₺
  • £

Dolların satışına limit qoyulub?

Dolların satışına limit qoyulub?
09.07.2021 10:15
"Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı son vaxt müxtəlif təbəqələrdən çoxlu müraciətlər olur, narazılıqlar bildirilir. Banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də Mərkəzi Bank bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir".

Bu sözləri ekspert Samir Əliyev deyib. O bildirib ki, bu məsələ internetdə problemə çox oxşayır:

"Problemlə olduqda onu ATS-lərlə provayderlər bir-birinini üstünə atırlar. Zərbə isə istehlakçıya dəyir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür.

Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur. Əks halda problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda "bazar sövdələşməsi" baş verir və banklara qarşı cəza tədbirəri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib.

Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırması anlaşılmazdır. Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni mövcud məzənnə qısamüddətli olsa da hamıya sərf edir. Və məzənnəni qorumaq üçün hökumət MB-nin timsalında məhdudlaşdırıcı tədbirlər atır. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlədən biridir. Qarşıda 2 yolumuz var:
ya məzənnəni buraxmalıyıq və bunu zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, hm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də MB açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol