• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və Ukraynaya gedən qatarların hərəkət cədvəli dəyişdi

Rusiya və Ukraynaya gedən qatarların hərəkət cədvəli dəyişdi
29.05.2020 10:39
 2014-2015-ci illər üçün hərəkət cədvəlinə keçidlə bağlı, 1 iyun 2014-cü ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək. QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, 55/56 və 95/96  saylı Bakı-Moskva sürət qatarlarının yola düşmə, çatma vaxtları və Bakıdan yola düşmə günləri dəyişdirilir. 55/56 saylı Bakı-Moskva-Bakı sürət qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus heyətlə Bakıdan həftənin IV günləri və 95/96 saylı Moskva-Bakı-Moskva sürət qatarı “Rusiya Dəmir Yolları” ASC-yə məxsus heyətlə Bakıdan həftənin II və VI günləri saat 0:30-da yola düşəcək. Qatar Moskvaya saat 4:15-də çatacaq və saat 20:20-də Moskvadan yola düşəcək. 55/56 №-li Bakı-Moskva-Bakı sürət qatarı Bakıya çatma vaxtı həftənin II günləri saat 6:00-da, 95/96 saylı Bakı-Moskva sürət qatarı isə qatar həftənin I və V günlərin saat 6:00-da çatacaq. 369/370 saylı Bakı-Xarkov sərnişin qatarı (“ADY” QSC) qatarı ayın tarixləri ilə saat 21:50-də Bakıdan yola düşəcək, Bakıya isə saat 3:50-də çatacaq. Hər iki istiqamətdə müvəqqəti olaraq 369/370 Bakı-Xarkov-Bakı sərnişin qatarının marşrutu dəyişdirilib. Bununla əlaqədar olaraq, ləğv olunanadək Qorlovka, Konstantinovka, Kramatorsk, Slavyanskiy Kurort, Krasnıy Liman, Bukino stansiyalarına bilet satışı dayandırılır. Bilet satışı İlovaysk stansiyasından sonra yalnız Xarkov-sərnişin stansiyasına aparılacaq. 373/374 saylı Bakı-Tümen sərnişin qatarının (“Rusiya Dəmir Yolları” ASC) hərəkəti günaşırı öz hərəkət cədvəli və sxemi üzrə saxlanılır. Qatarın tərkibində qoşma Çyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonlar yeni trafaretlə hərəkət edəcəklər. Novosibirsk -Bakı birbaşa vaqonu il boyu, günaşırı təyin olunur. Yay mövsümündə yeni Orenburq-Bakı birbaşa vaqonu təyin olunur. 373/374 saylı Bakı-Tümen qatarının marşrutunda dəyişiklik ediləcək. Bununla əlaqədar olaraq Volsk, Balakovo, Puqaçovsk stansiyalarına bilet satışını bağlanacaq və əvəzində Kulatka, Vozrojdeniye, Sızran-şəhər stansiyalarına bilet satışını təşkil ediləcək. 391/392 saylı Bakı-Rostov sərnişin qatarı (“Rusiya Dəmir Yolları” ASC) ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, saat 3.50-də Bakıya çatacaq. 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı («ADY» QSC) öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol