• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-dən milli paralimpiya komandasına dəstək!

ABB-dən milli paralimpiya komandasına dəstək!
04.08.2021 15:06
Ölkəmizdə idmanın inkişafına dəstək verən ABB Tokio Yay Paralimpiya oyunlarında Azərbaycan milli komandasının maliyyə tərəfdaşı kimi çıxış edir. 
 
Bununla əlaqədar ABB ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında müqavilə imzalanıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov idman və paralimpiya hərəkatına dəstəyin Bankın korporativ sosial məsuliyyət strategiyasında xüsusi yer tutduğunu bildirib: "Milli paralimpiya komandamıza maliyyə tərəfdaşlığı ABB-nin sosial məsuliyyətindən və ənənələrindən irəli gəlir. Paralimpiyaçılarımızın əzmkarlığı bir daha göstərir ki, qalibiyyət heç bir məhdudiyyət tanımır. Onların belə yüksək arenada ölkəmizi təmsil etməsi cəmiyyətimizdə idmana marağı daha da artırır, paralimpiya hərəkatını genişləndirir. İdmançılarımızdan parlaq qələbə xəbərləri gözləyirik. Onlara uğurlar arzulayırıq”.
 
Azərbaycan idmançıları Tokio Yay Paralimpiya Oyunlarında 26 avqust - 4 sentyabr tarixləri arasında mübarizə aparacaqlar. Azərbaycanı bu mötəbər idman tədbirində müxtəlif növlər üzrə 36 idmançı təmsil edəcək. 
 
Xatırladaq ki, ABB XXXII Tokio Yay Olimpiya Oyunlarında milli olimpiya komandamızın da maliyyə tərəfdaşıdır. 
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol