• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan prezidenti sərgi ilə tanış olub

Azərbaycan prezidenti sərgi ilə tanış olub
22.05.2014 18:05
Azərbaycan prezidenti İlham Əliyev Bakı Sərgi Mərkəzində “World Food Azerbaijan-2014” XX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2014” VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.APA-nın xəbərinə görə, kənd təsərrüfatı naziri Heydər Əsədov dövlət başçısına məlumat verib ki, “World Food Azerbaijan–2014” sərgisi dünyaca məşhur “World Food” sərgi brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini birləşdirir. Sərgi 20 illik yubileyini rekord sayda eksponentlə, yəni 242 iştirakçı şirkətlə qeyd edir. İlk dəfədir ki, sərgiyə dünyanın 36 ölkəsindən nümayəndələr qatılıblar. Ənənəvi olaraq, bu siyahıda üstünlük Avropa (57 faiz) və MDB (15 faiz) ölkələrinin şirkətlərinə məxsusdur. Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının tətbiqini stimullaşdırmaq məqsədilə “World Food Azerbaijan” və “Agri Hort Azerbaijan” sərgilərində Bərdə, Qəbələ, Gəncə, Lənkəran, Saatlı, Sabirabad, Xaçmaz və digər rayonlardan sahibkarlar üçün infoturlar təşkil edilib. Ümumilikdə, iştirakçılar öz məhsullarını 3 əsas istiqamətdə nümayiş etdirirlər: qida sənayesi (“WorldFood”), içkilər (“WorldDrink”) və ərzaq texnologiyaları (“WorldFoodTech”). Sərgidə ət, balıq, qənnadı və çörək-bulka məmulatları, habelə meyvə-tərəvəz, içkilər, çay, qəhvə, süd və yağ-piy məhsulları təqdim olunur. Stendlərdə, həmçinin qida sənayesi üçün avadanlıq və inqrediyentlər nümayiş etdirilir. Diqqətə çatdırılıb ki, “Agri Hort Azerbaijan–2014” sərgisində Azərbaycan, ABŞ, Almaniya, İspaniya, İtaliya, Niderland Krallığı, Rusiya, Ukrayna, Fransa və digər ölkələrin şirkətləri təmsil olunur. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıq, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıq yemi, toxumlar, gübrələr və s. nümayiş etdirilir. Qeyd edilib ki, sərginin sahəsi ötən illə müqayisədə 2,5 dəfə artıb. Builki sərginin daha bir fərqləndirici xüsusiyyəti kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya sahəsinin genişlənməsidir. Belə ki, həmin ekspozisiya Bakı Sərgi Mərkəzi ilə yanaşı, açıq meydançada təşkil olunub. Burada “AzTexnika”, “John Deere”, Gəncə avtomobil zavodu, “Klever”, “Rostselmaş” və “Qomselmaş” kimi istehsalçı və distribüterlər öz məhsullarını nümayiş etdirirlər. Azərbaycan prezidenti sərgilərin pavilyonları ilə tanış olub. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol