• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Beynəlxalq Qida Sənayesi Sərgisi işə başlayıb

Bakıda Beynəlxalq Qida Sənayesi Sərgisi işə başlayıb
22.05.2014 10:57
Mayın 22-də Bakıda XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan 2014”) işə başlayıb.
“APA-Economics”in xəbərinə görə, sərgidə dünyanın 35 ölkəsindən 173 şirkət iştirak edir. Bu siyahıda MDB (15%) və Avropa (57%) ölkələrindən gələn şirkətlər üstünlük təşkil edir.
Ət və quş, süd məhsulları, dondurma, konservləşdirilmiş məhsullar, şirniyyat və çörək məmulatları, o cümlədən kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıqlar üçün yem, toxumlar, gübrələr, eləcə də şitillər, diri cücə və balıqlar, xərçənglər nümayiş olunur.
Qeyd edək ki, iştirakçıların sayına görə Türkiyə öndədir. Bu il sərgidə ilk dəfə iştirak edən şirkətlər Azərbaycan, Niderland Krallığı, Belçika, Türkiyə, İtaliya, İspaniya, İran və digər ölkələr üzrə ümumi iştirakçıların 45%-ni təşkil edir. Sərgidə həmçinin İtaliya, İran, Hollandiya, Macarıstan, Latviya və Estoniya milli ekspozisiyalarla çıxış edirlər. Sərgidə iştirak edənlərin 26%-ni yerli şirkətlər təşkil edir.
“WorldFood Azerbaijan” sərgisi ilə paralel olaraq VIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“AgriHort Azerbaijan 2014”) keçirilir. “AgriHort Azerbaijan 2014” sərgi sahəsində ötən illə müqayisədə 2,5 dəfə artım müşahidə olunur. 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol