• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti qızıl mükafat!

Növbəti qızıl mükafat!
20.08.2021 09:48
"Azercell Telecom” MMC 2021-ci il üzrə  STEVİE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı oldu

"Azercell Telecom” MMC Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiq olunması üzrə hazırlıq səviyyəsinə görə 18-ci Stevie Beynəlxalq Biznes Mükafatlarında "İlin ən innovativ şirkəti” nominasiyasında qızıl mükafata layiq görüldü. 

Azercell bu konsepsiyanı Azərbaycanda həyata keçirən ilk şirkətdir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində "az enerji tələbatlı genişmiqyaslı şəbəkə” (NB-IoT – Narrow-Band Internet of Things) funksiyasını təklif edir. Azercell Telekom da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirib, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir. 

Şirkətin bu təşəbbüsü IoT-nin verdiyi imkanlar əsasında insanlara daha rahat və "ağıllı” mühitdə yaşamaq və işləmək imkanı yaradan bir texnologiya ərsəyə gətirdiyinə görə münsiflər heyəti tərəfindən yüksək nailiyyət kimi dəyərləndirilmişdir. Beynəlxalq münfislər heyətinin verdiyi yüksək qiymətə münasibət bildirən "Azercell Telecom” MMC-nin Prezidenti Zərinə Zeynalova qeyd edib ki, böyük şəhərlərlə yanaşı, kiçik kəndlərdə də texnologiyalara rahat çıxış imkanının yaradılması şirkətin əsas prioritetləri sırasındadır. Z.Zeynalova həmçinin bildirib ki, Azercell IoT texnologiyalarının tətbiqi istiqamətində dövlətə dəstək verməyə hazırdır. Buraya xüsusilə "Ağıllı Şəhər” və "Ağıllı Kənd” dövlət proqramları çərçivəsində Qarabağda işğaldan azad olunmuş torpaqlarda müvafiq texnologiyanın tətbiqi daxildir.     

Stevie Mükafatı qalibləri iyun ayından avqust ayının əvvəlinə qədər davam edən qiymətləndirmə prosesində iştirak edən dünyanın 260-dan çox nüfuzlu idarəçilərin ortalama balları əsasında müəyyən olunmuşdur. Bu il demək olar ki, bütün sahələrdə fəaliyyət göstərən və müxtəlif miqyasda olan müəssisələr tərəfindən müxtəlif nominasiyalara 3,700-dən artıq layihə təqdim olunmuşdur.   

Qeyd edək ki, aparıcı mobil operator ötən il nüfuzlu Beynəlxalq STEVIE mükafatının 3-qat qalibi olmuşdur. Şirkət yüzlərlə müəssisə arasından "İlin telekommunikasiya şirkəti” adına layiq görülərək Qızıl mükafat qazanmışdır. Azercell eyni zamanda "İlin ən innovativ şirkəti” və "Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə Bürünc mükafat əldə etmişdir. 

Beynəlxalq Biznes Mükafatları dünyanın nüfuzlu biznes mükafatları proqramıdır.  Müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP Inc., UNESCO ICHCAP, IBM və s. nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır.  

Hazırda davam edən COVİD-19 pandemiyası səbəbindən qaliblərin mükafatlandırma mərasimi dekabrda virtual virtual şəkildə baş tutacaq.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol