• $
  • €
  • ₽
  • ₺
  • £

Tağıyev-Sahil avtomobil yolu pullu ola bilər

Tağıyev-Sahil avtomobil yolu pullu ola bilər
21.05.2014 13:57
 Azərbaycanda nəqliyyatın dayanıqlı inkişafının təmin edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.Belə tədbirlərdən biri də ölkədə ödənişli yolların çəkilməsidir. Nəqliyyat Nazirliyi “Az’ryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev “APA-Economics”ə bildirib ki, artıq məsələ ilə bağlı yolların çəkilməsinə məsul olan “Az’ryolservis” bir neçə yol layihəsinin variantını nəzərdə keçirir. Cəmiyyət eyni zamanda beynəlxalq təcrübəni də nəzərə alır.     Hazırda yaxın gələcəkdə ödəniş tətbiq ediləcək yollar sırasında Bakı-Quba yoluna alternativ çəkilən yeni Gəndob-Rusiya sərhədi yolunun 60 km-nin, “İpək Yolu”na (Bakı-Gürcüstan sərhədi) paralel çəkiləcək yolun, habelə Hacı Zeynalabdin Tağıyev-Sahil avtomobil yolunun  pullu olması variantı nəzərdən keçirilir. Onun sözlərinə görə, ümumiyyətlə, yol külli miqdarda vəsait aparan işdir: “Xarici təcrübə göstərir ki, biz tikintilər üçün əlavə mənbələr tapmalıyıq. Bunlardan da biri tranzit yüklər və ya böyük marşrutlar üçün pullu yolların tikilməsidir. Amma işin bu tərəfinin bir neçə şərti var. Çünki hər ölkədə vəziyyət fərqlidir. Məsələn, belə yol üçün alternativ yolun olması, onun yaxın və ya uzaqlığı kimi məsələlər əsasında qərar qəbul edilir”. V.Hacıyev hesab edir ki, bu sahədə yeni qaydaları təkmilləşdirilməli və hazırlanmalıdır: “Bu mürəkkəb məsələdir. Hazırda bunun üzərində iş gedir. Nə vaxtsa belə yolun olmasını təmin etməyi düşünürük. Ödənişli yollar alternativ olan yollarda olacaq. O yolun bütün tələblərə cavab verməsi lazımdır. Məsələn, yolda qəza hadisəsi bu yolun ucbatından baş verərsə, bütün xərclər yolun boynunda qalacaq, o cümlədən yolun qorunması, saxlanması, yüksək səviyyədə təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər nəzərə alınmalıdır. Bu bir günün işi deyil”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol