• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd təsərrüfatı məhsulları bahalaşdı

Kənd təsərrüfatı məhsulları bahalaşdı
20.05.2014 15:00

Bu ilin yanvar-aprel aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 795,6 mln. manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0%, bitkiçilik məhsulları üzrə isə 9,1% artıb. “Ölkədə yazlıq bitkilərin kütləvi əkini davam edir. May ayının 1-i vəziyyətinə 262,0 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 40,7 min hektarda dənli və dənli paxlalı bitkilər, 57,5 min hektarda kartof, 52,5 min hektarda tərəvəz bitkiləri, 18,1 min hektarda ərzaq üçün bostan bitkiləri, 14,8 min hektarda pambıq, 7,2 min hektarda dən üçün günəbaxan, 4,6 min hektarda şəkər çuğunduru, 756 hektarda tütün, 63,3 min hektarda çoxillik, 1,4 min hektarda isə birillik otlar əkilib”, - deyə komitənin məlumatında bildirilib. Qeyd edilib ki, yazlıq əkinlərin strukturunda yazlıq dənli və dənli paxlalılar (qarğıdalı daxil olmaqla) 15,6%, texniki bitkilər 10,4%, kartof, tərəvəz və bostan bitkiləri 48,8%, yem bitkiləri 24,7% təşkil edib. Təsərrüfatlarda 46,6 min ton tərəvəz məhsulları və 6,0 min ton faraş kartof istehsal edilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol