• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna hadisələri Azərbaycana zərbə vurdu

Ukrayna hadisələri Azərbaycana zərbə vurdu
20.05.2014 11:18

2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 005,0 milyon manat, büdcə xərcləri isə 2 443,3 milyon manat təşkil edib.

Dövlət Neft Fondundan ANS PRESS-ə verilən məlumata görə, 2014-cü ilin ilk 3 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 006,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 991,2 milyon manat, tranzit gəlirləri 2,3 milyon manat, bonus ödənişləri 13,3 milyon manat təşkil edib.Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 2 342,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 70,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 5,6 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 5,1 milyon manat vəsait ayrılıb. 3,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 16,9 milyon manat təşkil edib.Bu ilin əvvəlində Ukrayna ilə bağlı hadisələrin nəticəsi olaraq Neft Fondunun Rusiyadakı investisiyalarının qiymətlərində kəskin enmə müşahidə olunub. Bununla bağlı digər investisiyalardan əldə edilən gəlirlərə baxmayaraq Fondun vəsaitlərinin idarə olunması cari ilin birinci rübü ərzində 1,8 milyon manat həcmində zərərlə nəticələnib. Sonrakı aylarda Rusiya şirkətlərinin səhmlərinin qiymətlərində sabitləşmə və müəyyən artım baş vermiş və 2014-cü ilin 1 yanvar - 15 may tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 87,8 milyon manat təşkil edib.2014-cü ilin yanvar-mart ayları ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 10,1 milyon manat təşkil edib. O cümlədən, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 60,8 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarının dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 50,7 milyon manat təşkil edib.2014-cü il aprelin 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 2,07% artaraq 36 618,4 milyon ABŞ dollarına bərabər olub.2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 aprel 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol