• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə keçirilən yarmarkada 30-dan çox toxum sortu təqdim edilib

Şəkidə keçirilən yarmarkada 30-dan çox toxum sortu təqdim edilib
03.09.2021 14:39
Şəkidə keçirilən toxum sərgi-satış yarmarkasında 30-dan çox toxum sortu təqdim edilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən anews.az-a bildirilib.

Azərbaycanın müxtəlif regionlarında  toxum sərgi-satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə keçirilir. Budəfəki sərgi-satış yarmarkası Şəki şəhərində təşkil olunub. Yarmarkada  Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev bu tədbirin Şəki şəhərində keçirilməsini mühüm addım kimi dəyərləndirib. Deyir ki, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Bütün bölgələrdə olduğu kimi Şəkidə də bu sahənin daha da inkişafı üçün zəruri addımlar atılmaqdadır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev çıxışında bildirib ki, aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı təmin edilir, bu sahəyə dövlət dəstəyi gücləndirilir. Respublikamızın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkası da məhz bu sahənin daha da inkişafı, toxum bazarının formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulmasına yönəlib. Bu gün Şəki şəhərində təşkil edilən yarmarkada 30-dan çox toxum sortu nümayiş etdirilir.

Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün mühüm addımlar atılır və ölkəmizdə toxumçuluğun inkişafı daim diqqət mərkəzindədir. Dövlətimiz kənd təsərrüfatının bütün sahələrində fermer fəaliyyətinə, xüsusilə də toxumçuluğun inkişafına qayğı və dəstəyini əsirgəmir. Dövlət Toxum Fondu olaraq mütamadi fermer və toxumçularla müxtəlif görüşlər keçirilir, birgə müzakirələr aparılır. Toxum sərgi-satış yarmarkalarının keçirilməsi də bu sahənin daha da inkişafına dəstək olacaq.
Sərgi - yarmarkası ilə tanışlıqdan sonra məhsullar və toxumla bağlı ətraflı müzakirələr aparılıb. Fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub.

Yarmarkalar ümumilikdə ölkənin 6 bölgəsində təşkil olunur. Növbəti yarmarka sentyabrın 6-da Ağcabədidə, sentyabrın 8-də Saatlıda, sentyabrın 10-da Cəlilabadda,  sentyabrın 13-də isə Xaçmazda keçiriləcək. 
Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, "seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
 






 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol