• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin Mastercard ödəniş kartları ilə onlayn alış-veriş daha təhlükəsiz oldu!

ABB-nin Mastercard ödəniş kartları ilə onlayn  alış-veriş daha təhlükəsiz oldu!
03.09.2021 16:43
ABB-nin tərəfdaşlarından olan Mastercard Beynəlxalq Ödəniş şirkəti regionda yeni kibertəhlükəsizlik standartlarının tətbiqinə başlayıb. Bu yenilik Mastercard kartı sahiblərinin onlayn alış-verişlərini daha təhlükəsiz şəkildə aparmalarına imkan yaradır. ABB-nin Mastercard  sahibləri bu yenilikdən faydalanaraq onlayn alış-verişləri daha təhlükəsiz şəkildə yerinə yetirəcəklər.  

Mastercard şirkətinin təqdim etdiyi yeni həll M4M (MDES for Merchants) adlanır. Sistem Tokenizasiya texnologiyası əsasında çalışır. Bu texnologiyanın köməyi ilə ödəniş əməliyyatı zamanı müştərinin bütün kart məlumatları maskalanır. Bu isə, əməliyyatların maksimum təhlükəsizliyinə təminat yaradır.
 
Onlayn platformalarda, mobil tətbiqlərdə alış-veriş proseslərinin sürətlənməsinə, sadələşməsinə və təhlükəsizliyinə xidmət edir. Musiqi, video xidmətlərindən istifadə, kommunal haqların ödənişi kimi abunə əsaslı təkrarlanan ödənişlərdə müştərilərin işi xeyli asanlaşır. 

Tokenizasiya texnologiyası bütün dünyada onlayn alış-verişlərin artması meyllərini nəzərə alaraq hazırlanıb. Azərbaycanda da onlayn alış-verişlərin həcmi getdikcə genişlənməkdədir. 

ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bu yeniliyin onlayn alış-veriş, nağdsız ödəniş ənənələrinin inkişafına töhfə verəcəyini qeyd edib: "Kart hesablarının təhlükəsizliyi müştəri təcrübəsinin önəmli hissəsidir. ABB-nin Mastercardla birgə təqdim etdiyi yenilik kibercinayət hallarının qarşısının alınmasına, müştərilərin kart hesablarındakı vəsaitlərinin daha etibarlı şəkildə qorunmasına şərait yaradacaq”.

Mastercard beynəlxalq ödəniş sisteminin ölkə üzrə meneceri Erdem Çakar bildirib ki, hazırda dünyanın 45-dən çox ölkəsində 100 milyondan çox ödəniş kartında Mastercard-ın tokenizasiya texnologiyası tətbiq olunur: "Tokenizasiya həllini Azərbaycana da gətirməkdən qürurluyuq. Bu, kart istifadəçilərinin öz vəsaitlərinə nəzarət imkanlarını daha da artıracaq”.

ABB öz müştərilərinə Mastercard ödəniş kartlarının ən müxtəlif çeşidlərini təklif edir. Kartlarla buradan tanış olmaq və onları onlayn qaydada sifariş vermək mümkündür. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol