• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada neftin qiyməti ucuzlaşıb

Dünyada neftin qiyməti ucuzlaşıb
07.10.2021 10:16
Dünya bazarında təbii qaızın ardınca neftin qiyməti də ucuzlaşıb.

Bakı vaxtı ilə saat 08:57-yə olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent” neftinin dekabr fyuçersləri 0,46% ucuzlaşaraq, 1 bareli 80,71 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti də 1,06% azalıb və 1 bareli 76,61 ABŞ dolları təşkil edib.
Təbii qazın qiymətinin ucuzlaşmasının təsiri altında neft bazarında mənfi dinamika müşahidə olunur.

ABŞ-ın energetika naziri Cennifer Qrenholm bəyan edib ki, ABŞ benzin qiymətlərinin artımına yol verməmək üçün xam neftin strateji ehtiyatlarından istifadə edə bilər. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putinin ölkənin dünyanın enerji bazarını sabitləşdirmək üçün işləməyə hazır olmasını bəyan etməsi də təbii qazın qiymətinin ucuzlaşmasına təsirsiz ötüşməyib.

İnvestorlar Amerika Neft İnstitutunun (API) ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı məlumatları qiymətləndirirlər. Belə ki, ötən həftə ərzində ABŞ-da neft ehtiyatlarının 2,3 milyon barel və ya 0,6% artaraq 420,9 milyon barelə çatması da "qara qızıl”ın qiymətləri üzərində təzyiq yaradıb. Analitiklər isə ehtiyatların 0,4 milyon barel azalacağını güman edirdilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol