• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı buxtasında möhtəşəm dənizaltı yol - FOTOLAR

Bakı buxtasında möhtəşəm dənizaltı yol - FOTOLAR
15.05.2014 11:25
Bakı buxtası ilə yeraltı tunelin çəkilməsi reallaşacağı təqdirdə Azərbaycanda icra olunan daha bir möhtəşəm layihə kimi tarixə düşəcək. Yaxın gələcəkdə tikilməsi nəzərdə tutulan tunelin Bakı buxtasının iki tərəfini birləşdirəcək ən uzun avtomobil tuneli olacağı bildirilir.ANN.Az Marja-ya istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevin açıqlamasında qeyd olunana görə, Bakı buxtasında çəkiləcək tunel şəhərin mərkəzi hissəsinin 1550 hektarlıq hissəsinin müfəssəl planı hazırlanarkən onun tərkib hissəsi kimi nəzərdə tutulub. “Dalğa Plaza”dan başlanacaq və Dəniz Vağzalının köhnə binasınadək davam edəcək tunel Nobel prospektinə çıxacaq. Tunelin uzunluğu 4,2 kilometrdən çox olacaq.C.Qocayev sözügedən tunelin tikilməsinin paytaxt üçün bir sıra üstünlüklər gətirə biləcəyindən danışıb:“Bu tunelin tikintisi əvvəla Neftçilər prospektində sıxlığı xeyli azaldacaq. İkincisi, ilin bütün fəsillərində, iqlimin necə olmasından asılı olmayaraq, daim fəaliyyətdə olan bir yol olacaq. Üçüncü müsbət tərəfi o olacaq ki, bu tunelin tikilməsi ilə gələcəkdə dənizin səviyyəsinin qalxacağı təqdirdə bulvarı su basma təhlükəsi aradan qalxacaq və bu tunel eyni zamanda bir mühafizə qurğusu kimi də fəaliyyət göstərəcək.Digər tərəfdən, bunun tikilməsi ilə əlaqədar olaraq bulvarın eni bir xeyli, təxminən orta hesabla 100 metrə qədər artacaq. Eyni zamanda gələcəkdə buxtanın çirklənməsinin qarşısı da birdəfəlik alınacaq. Çünki, buxta təmizlənəcək və indiyə qədər buxtaya axıdılan bəzi çirkab, tullantı sularının da qarşısı birdəfəlik alınacaq. Beləliklə, biz tunelin tikintisi ilə bir neçə problemin həllinə nail olmuş oluruq”.Əməkdar memar Ömər Qoçu da məsələ ilə bağlı məlumat verib. Memar sualtı tunelin tikilməsi layihəsini yüksək qiymətləndirərək, onu qənaətbəxş hesab etdiyini bildirib:“Mən Bakı buxtası ilə yeraltı tunelin çəkilməsi ideyasını alqışlayıram. Layihənin çox böyük mənfəət və rahatlıq gətirəcəyinə inanıram. Bu, həm şəhərin memarlıq palitrasını zənginləşdirər, həm onun müasir simasına yeni naxışlar vura bilər. Onu da qeyd edim ki, tunel çəkilən sahə dənizdə o qədər də dərin deyil. Yəqin ki, Lamanş qədər çətin başa gəlməz. Mühəndislərimizin də təxəyyülü bu məsələni müsbət yöndə həll etməyə imkan verir”, - deyib Ö.Qoçu.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol