• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov xaricdə təhsillə bağlı qərar imzalayıb

Əli Əsədov xaricdə təhsillə bağlı qərar imzalayıb
12.10.2021 12:41
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil alması Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir.

Nazirlər Kabinetindən bildirilib ki, qaydaların təsdiq olunmasından sonra keçən dövr ərzində icra zamanı qarşıya çıxan bir sıra məsələlərin tənzimlənməsi məqsədilə Qaydalarda dəyişikliyin edilməsinə ehtiyac yaranıb.

Bu dəyişikliklərin edilməsi aşağıdakı məsələləri əhatə edir:

1.Beynəlxalq təcrübə nəzərə alınmaqla, əcnəbilərin yerli ali təhsil müəssisələrinə müraciətlərinin asanlaşdırılması, eyni zamanda müraciətlərinə baxılması, izlənməsi və nəticələrinin nəzarətdə saxlanması, statistik təhlillərin aparılmasının təmin edilməsi məqsədilə yerli ali təhsil müəssisələrinə Dövlət İmtahan Mərkəzindən kənar qəbul üçün müraciət edən əcnəbilərin qəbulunun elektronlaşdırılması həyata keçiriləcəkdir. Əcnəbilər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində elektron ərizəni dolduraraq təhsil müəssisəsinə müraciət imkanı yaradılacaq.

2.Qaydaların "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunununa uyğunlaşdırılması məqsədilə ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən şəxslərin dil və ixtisas bilikləri yetərli olmadığı halda, əcnəbilərin hazırlıq sinifləri, kursları və ya birbaşa təhsil səviyyəsi üzrə hazırlığının aparılması imkanları yaradılacaq.

3.Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin əksəriyyəti ali təhsil müəssisəsi ilə bağladığı müqavilə əsasında təhsilalanlardır. Əcnəbilər əyani təhsilalma formasında təhsil almaq hüququ əldə etdikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətini 90 (doxsan) gün müddətində təhsil müəssisəsinə təqdim etməlidirlər. Müvafiq dəyişikliyə əsasən müqavilədə ölkədə yaşama sənədini təqdim etməyən şəxslərin ali təhsil müəssisəsindən xaric olması öz əksini tapıb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol