• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sənaye istehsalı 5% artıb

Azərbaycanda sənaye istehsalı 5% artıb
15.10.2021 18:00
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında 36,6 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 19,6 faiz artıb.

Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 31,8 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 19,3 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 88,8 faiz, tikinti materiallarının istehsalı 72,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 65,4 faiz, tütün məmulatlarının istehsalı 56,9 faiz, elektrik avadanlıqlarının istehsalı 53,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 46,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 42,0 faiz, kağız və karton istehsalı 28,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,1 faiz, neft məhsullarının istehsalı 17,7 faiz, hazır metal məmulatlarının istehsalı 16,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 16,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 15,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 13,6 faiz, qida məhsullarının istehsalı 9,3 faiz, içki istehsalı 3,4 faiz, mebel istehsalı 1,9 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 11,8 faiz, geyim istehsalı 13,2 faiz, poliqrafiya məhsullarının istehsalı 42,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 90,0 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,9 faiz çoxalıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol